Ən son xəbərlər:

17.10.2022/20:48/ ABŞ Konqresinin nümayəndə heyəti Irəvana gəldi

ABŞ Konqresinin Nümayəndələr Palatasının nümayəndə heyəti bu gün Ermənistana gəlib. «Oktyabrın on yeddisində ABŞ Konqresinin Nümayəndələr Palatasının Demokratik Tərəfdaşlıq Komissiyasının sədri Devid Praysın başçılıq etdiyi nümayəndə heyəti Irəvana gəlib»,

Məlumdur ki, nümayəndə heyətinin tərkibinə Nümayəndələr Palatasının üzvləri Diana DeGett, Cim Kuper və Endi Levin  də daxildir.

Sabah, oktyabrın 18-də ABŞ nümayəndə heyətinin rəhbəri Ermənistan parlamentinin xarici əlaqələr üzrə komissiyasının sədri Eduard Ağacanyanla birgə mətbuat konfransı keçirəcək.