Ən son xəbərlər:

16.10.2022/20:45/ Əliyev: Bakı AI missiyasını Azərbaycana göndərmək cəhdlərini qətiyyətlə rədd edib

«Interfaks»  agentliyi xəbər verir ki, AI Ermənistanla sərhəddin Azərbaycan tərəfinə vətəndaş missiyasını göndərməyə çalışıb, Bakı onu qətiyyətlə rədd edib.”Oktyabrın 6-da Praqada Avropa Siyasi Birliyinin yeni platforması çərçivəsində Fransa prezidenti, Avropa Şurası prezidenti, Ermənistan baş naziri və Azərbaycan prezidentinin iştirakı ilə dördtərəfli görüş keçirilib.

Görüşdə bir neçə saat davam edən danışıqlar nəticəsində 40 nəfərlik Avropa Ittifaqı vətəndaş missiyasının Ermənistan-Azərbaycan sərhəddi yaxınlığında Ermənistan ərazisinə göndərilməsi barədə qərara gəliblər.

Sonradan bizə məlum oldu ki, onların sayı 50 nəfər olacaq. Onlar ən azı 2 ay orada olacaqlar.   Bu missiyanın məqsədi – bizə məlum olduğuna görə  biz buna razılıq verdik – tərəflərə sərhəddin çəkilməsinə, delimitasiya ilə bağlı məsələlərin müəyyənləşdirilməsinə kömək etməkdir. Bu missiyanı Azərbaycan tərəfindən də göndərmək cəhdi olub ki,  biz bunu qətiyyətlə rədd etmişik “, – deyə Əliyev cümə günü Astanada keçirilən MDB sammitində bildirib.

Onun sözlərinə görə, «buna görə də missiya Ermənistan ərazisində, KTMT-nin məsuliyyət zonasında yerləşəcək». «Dünən Avropa nümayəndələrinin birinci qrupu bu missiyanın yerləşdirilməsini müəyyənləşdirmək üçün Ermənistana gəlib», – deyə Azərbaycan Prezidenti qeyd edib.