Ən son xəbərlər:

15.10.2022/20:44/ Bazar ertəsi günü NATO-nun «Dəmir canavar» və «Dayanıqlı günorta» təlimləri keçiriləcək

14 oktyabrda Şimali Atlantika Alyansının yaydığı açıqlamada bildirilir ki, Litvada «Dəmir canavar» kod adı ilə 10 ölkədən 3,5 min nəfərdən ibarət NATO bölmələrinin iştirakı ilə böyük beynəlxalq təlimlər keçiriləcək.

Litvaya Avstraliya, Belçika, Böyük Britaniya, Almaniya, Lüksemburq, Niderland, Norveç, ABŞ və Çexiyadan hərbçilərin gəlməsi gözlənilir. Litva Müdafiə Nazirliyinin məlumatına görə, hərbi təlimlərdə 700-ə yaxın texnika iştirak edəcək.

Həmin gün – bazar ertəsi, 17 oktyabrda  NATO-nun 14 ölkədən və 60-a qədər hərbi təyyarənin iştirak edəcəyi nüvə təminatı üzrə planlı təlimləri başlayacaq. Təlimlər «Dayanıqlı günorta» kod adı ilə adlanır.

«NATO Hərbi Hava Qüvvələri 17 oktyabr 2022-ci il bazar ertəsi günündən etibarən Avropanın şimal-qərbində onlarla təyyarənin iştirakı ilə  nüvə bombalarının qarşısının alınması təlimləri  keçirəcək», – alyansın açıqlamasında belə deyilir.

Qeyd olunur ki,  NATO-nun planlı nüvə təlimlərində hərbi silahdan istifadə edilməyəcək.

Tədris uçuşları, xüsusən Belçika, Şimal dənizi və Böyük Britaniya üzərində həyata keçiriləcək. Eyni zamanda NATO təlimlərin dünyada mövcud hadisələrlə əlaqəli olmadığını qeyd edib.

«Oktyabrın 30-dək keçiriləcək təlimlər planlı, müntəzəm və heç bir cari dünya hadisəsi ilə əlaqəli deyil», – deyə məlumatda bildirilib.