Ən son xəbərlər:

14.10.2022/20:33/ Hərbi attaşelər Gəncədəki ermənilərin törətdiyi terror hücumları qurbanlarının xatirə kompleksini ziyarət edib

Azərbaycan Müdafiə Nazirliyi bu gün xarici diplomatik nümayəndəliklərin AR-dakı səfirliklərinin hərbi attaşelərinin 2020-ci ilin oktyabrında Ermənistan qoşunlarının dinc Azərbaycan əhalisinə qarşı törətdiyi terror aktları yerlərinə səfərini təşkil edib.  Hərbi attaşeler raket zərbələri zamanı həlak olanlar haqqında xatirə kompıeksinə çiçək dəstələri qoyub, onların xatirəsini yad ediblər.

Beynəlxalq Hərbi Əməkdaşlıq Idarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov Azərbaycan Vətən müharibəsi zamanı erməni qoşunlarının  Azərbaycanın mülki əhalisinə qarşı hərbi cinayətlər törətməsi, Gəncəni, Bərdəni, Tərtəri və həmin  rayonunun kəndlərini, Mingəçeviri, Beyləqanı, Qəbələni, Goranboyu, Ağcabədini, Naftalanı, Abşeron və Xızı rayonlarını ballistik raketlər və digər mərmilərlə atəşə tutması haqqında danışıb.

«Toçka-U»dan açılan bu raket zərbələrindən biri oktyabrın 11-də gecə Gəncədəki yaşayış binasına düşmüş və öz evlərində yatan 4 qadın da daxil olmaqla 9 nəfəri öldürmüşdür.  Bundan başqa həmin raket atəşi nəticəsində  dağıntılar altında qalan 40 nəfər yaralanmışdır. Yaralananlardan biri xəstəxanada xəstəxanada dünyasını dəyişmişdir.

Hərbi attaşelərin diqqətinə çatdırılıb ki, ümumilikdə Azərbaycanın Vətən müharibəsi dövründə 93 dinc sakini, o cümlədən 12 uşaq və 27 qadın Ermənistan Silahlı Qüvvələrinin hərbi cinayətlərinin qurbanı olmuş, 454 mülki şəxs isə yaralanışdır.

Hüseyn Mahmudov onu da xatırladıb ki, Azərbaycan dünyada ən çox çirkli minalarla basdırılan ərazilərdən biridir. Ermənistanın Qarabağ müharibəsində təslim olmasından iki il sonra  azad edilmiş ərazilərdə minaların partlayşı nəticəsində 250-dən çox Azərbaycan vətəndaşı həlak olub və ya   ağır yaralanıb.