Ən son xəbərlər:

13.10.2022/22:06/ Qazaxıstan Rusiya ilə hərbi müqavilələr imzalamayacaq

Rusiya prezidenti Vladimir Putinin Qazaxıstana səfəri zamanı hərbi sazişlərin imzalanması planlaşdırılmır. Bu barədə Qazaxıstan hərbi idarəsinin rəhbəri Ruslan Jaksılıkov bildirib.

Bununla yanaşı, o qeyd edib ki, iki ölkənin hərbi-sənaye kompleksləri sıx bağlıdır. Hərbi əməkdaşlıq haqqında bütün məsələlər işlənib hazırlanıb.

“Mən qiymət verməyəcəyəm. Biz məqsədəuyğunluğa əsaslanırıq. Əgər biz bunun dövlətimiz üçün sərfəli olduğuna inanırıqsa, biz bu yolla, bizim maraqlarımız üçün gedirik. Bu günə qədər heç bir problemimiz yoxdur. Hər şey müqavilə öhdəlikləri çərçivəsindədir “, – deyə Jaksılıkov  bildirib.