Ən son xəbərlər:

12.10.2022/20:06/ Samuxda Məişət zorakılığı ilə bağlı maarifləndirici tədbir keçirilib

Ombudsmanın Gəncə Regional Mərkəzi   və  Samux RİH – nin təşkilatçılığı ilə  Samuxda “Məişət zorakılığı ilə mübarizənin hüquqi və psixoloji aspektləri” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə Təhsil, Səhiyyə, Gənclər və İdman idarəsi,  Heydər Əliyev Mərkəzinin nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə Samux RİH-nin məsləhətçisi Ülvi Mirzəyev açaraq qonaqları salamlamış və tədbirin təşkilatçılarına rayon rəhbərliyi adından  minnətdarlığını  bildirmişdir.

Gəncə Regional Mərkəzinin   rəhbəri Səbuhi Abbasov,   Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova,  Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin  Samux  rayon  təşkilatının sədri Mirzəmməd Orucov, Gənclər və İdman İdarəsinin rəisi Rəşad Qarayev  məişət zorakılığı və onun növləri, zorakılıq törətmiş şəxslərin Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıdığını, məişət zəminində baş verən zorakılıq hallarının hər bir insanı narahat etdiyini iştirakçıların nəzərinə çatdırmışlar.

Tədbirin sonunda məişət zorakılığı ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.