Ən son xəbərlər:

09.10.2022/12:52/ Bölgələrdə sakinləri narahat edən problemlər öz həllini tapır – Göygöl rayonu

Göygöl rayonunda Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq əhalini narahat edən problemlər tədricən aradan qaldırılır.

Belə ki, rayonun  Xaqani kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin və bələdiyyənin daxili imkanları hesabına kənddaxili yolun 110 metr hissəsində təmir işləri aparılmış və yola işlənmiş asfalt örtüyü tökülmüşdür.

Rayonun digər kəndində Əlimədədlidə də daxili imkanlar hesabına özəl pay torpaq sahələrinin suvarılmasında istifadə olunan su arxının 600 metr hissəsi gildən təmizlənərək sakinlərin istifadəsinə verilmişdir.