Ən son xəbərlər:

07.10.2022/23:40/ Goranboyda pambıq istehsalı sahəsində yüksək məhsuldarlıq gözlənilir

Goranboy rayonunda kənd təsərrüfatının bütün sahələrində olduğu kimi pambıqçılıq da inkişaf etdirilir.  Rayonda pambıqçılığın becərilməsi və tədarükü ilə “MKT İstehsal Kommersiya” MMC, “Azərpambıq” MMC və “Goran-Cotton” MMC məşğul olur.

Rayonun təsərrüfatlarında cari təsərrüfat ilində 2526,2 hektar sahədə pambıq əkilərək becərilib.

Sentyabr ayının əvvəlindən başlanan pambıq yığımı uğurla davam etdirilir. Bu günə qədər təsərrüfatlardan 703 ton məhsul toplanaraq pambıq məntəqələrinə təhvil verilib.