Ən son xəbərlər:

07.10.2022/22:53/ Praqada AB toplantısında Ərdoğanın türk gambiti

Toplantının ən diqqətəlayiq iştirakçılarından biri Türkiyə prezidenti Ərdoğan olub. Onu ən dətərli qonaq kimi görürdülər və bəzi müşahidəçilər artıq belə qənaətə gəlirlər ki, Türkiyə Avropada öz təsir gücünü və mövqelərini möhkəmləndirir.

Çexiyanın baş naziri Pyotr Fiala və Avropa Komissiyasının prezidenti Ursula von der Layen cümə axşamı Ərdoğanla danışıqlar aparıblar. Onların mövzusu Türkiyənin miqrasiya böhranının həllində Avropaya necə kömək edəcəyi və ərzaq tədarükünü təmin edə bilməsi olub.

Çexiya prezidentinin sözlərinə görə, Rəcəb Ərdoğanın AI ilə əməkdaşlığın davam etdirilməsində və dərinləşdirilməsində maraqlı olduğunu bildirib.

Bundan əvvəl Ərdoğan əgər ölkəsi maliyyə yardımı almazsa, Avropa ölkələrinə Türkiyədən 3,5 milyondan çox qaçqın axını göndərməklə hədələyirdi,  lakin, Praqada keçirilən görüşdə heç bir şərt qoyulmayıb və pul istənilməyib.

Digər məqam isə ərzaq təhlükəsizliyi məsələsi olub.