Ən son xəbərlər:

06.10.2022/21:09/ ABŞ-a NATO-ya daxil ola biləcək bir Rusiya lazımdır

Ağ Evin keçmiş milli təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton 19FortyFive nəşri üçün yazdığı məqalədə ABŞ-ın NATO-ya daxil ola biləcək  bir Rusiyaya maraq göstərdiyini bildirib. Onun sözlərinə görə, Vaşinqtonun strateji məqsədi Qərbə yaxın Rusiyadır.

«Vaşinqtonun açıq strateji məqsədi Qərbə yaxın Rusiya, NATO-ya uyğun namizəd, Sovet Ittifaqı dağıldıqdan sonra ümid etdiyimiz şeyi görməkdir», – deyə Bolton belə bildirıb.

Sabiq müşavir əlavə edib ki, ABŞ üçün Rusiyada arzu olunan nəticə «yeni konstitusiya formalaşana qədər bitərəfliyə riayət edən keçid dövrünün hakimiyyəti» olardı.

Bundan əvvəl Bolton Rusiyanın Ukraynadakı döyüş meydanında taktiki nüvə silahından istifadə edə biləcəyini deyirdi. Onun sözlərinə görə, Rusiya tərəfinin hərbi cəhətdən çətinlikləri taktiki nüvə silahının tətbiqini «daha çox ehtimal edir».