Ən son xəbərlər:

05.10.2022/21:01/ Sabah Avropa Siyasi Birliyinin sammiti çərçivəsində dördtərəfli görüş keçiriləcək

Kür İnformasiya Agentliyi Sputnik Azərbaycana istinadən bildirir ki, sabah Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında dördtərəfli görüş keçiriləcək.

Bu barədə Paşinyan parlamentdə “Hökumət saatı”nda bildirib.                    “Mən Praqaya gedirəm, orada Avropa Siyasi Birliyinin sammitində iştirak edəcəyəm. Azərbaycan, Fransa və Avropa Şurası prezidentlərinin iştirakı ilə dördtərəfli görüş keçiriləcək. Türkiyə prezidenti ilə də görüş planlaşdırılır, biz bu ehtimalı açıqlamışdıq”, – deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, bu görüşlər Ermənistan hakimiyyətinin sülh gündəliyi çərçivəsindədir.