Ən son xəbərlər:

15.12.2022/20:54/ ABŞ VTB-yə və bankla əlaqəli şirkətlərə qarşı sanksiyalar tətbiq edir

ABŞ Xəzinədarlığı Rusiya şirkətlərinə qarşı sanksiyalar siyahısını genişləndirib, VTB-ni və bankla əlaqəli şirkətləri də bu siyahıya əlavə edib. Bu barədə agentliyin saytında yerləşdirilən press-relizdə belə deyilir. Siyahıya 17 törəmə müəssisə daxildir.

Şirkətlər arasında Citibike ASC, VTB Development, Interros Holding Company MMC, VTB Commercial Financing, VTB Infrastructure Investments, Megacom, Rosbank, VTB-Leasing və s. vardır. Sanksiyalar dollar aktivlərinin və əməliyyatlarının bloklanmasını nəzərdə tutur.

Bundan əlavə, “Norilsk Nikel” şirkətinin sahibi Vladimir Potanin və Rusiya baş nazirinin birinci müavini Andrey Belousov da “qara siyahı”ya salınıb. Məhdudiyyətlər Vladimir Potaninin özündən başqa, onun həyat yoldaşı Yekaterina, oğlu İvan və qızı Anastasiyaya da şamil edilir. Bundan əlavə, 29 rus qubernatoru da sanksiyalara məruz qalıb.