Ən son xəbərlər:

15.12.2022/16:13/ Noyabrda Rusiya ilə Yaponiya arasında ticarət dövriyyəsi 35,5% azalıb

Rusiya və Yaponiya arasında ticarət dövriyyəsi illik ifadədə 35,5% azalıb. Yaponiyadan Rusiya Federasiyasına məhsulların ümumi ixracı 34,2%, Rusiyadan idxalı isə 36,1% azalıb.

Departamentin hesabatında göstərilir ki, Yaponiya ardıcıl üçüncü aydır ki, Rusiya neftini almır. Rusiyadan kömür alışı 59,5%, mayeləşdirilmiş təbii qaz 14,4% azalıb. Asiya ölkəsi, həmçinin 2021-ci ilin noyabr ayı ilə müqayisədə Rusiyadan taxıl idxalını 86,9%, balıq məhsullarını isə 17,5% azaldıb.

Eyni zamanda, Yaponiya Rusiya tərəvəzlərini (+57,7%) və əlvan metal filizlərini (+520,4%) daha fəal idxal etməyə başlayıb, Rusiya həmçinin tibbi məhsulların (+115,7%) və avtomobillərin (+7,7%) ixracını artırıb.

Oktyabrda Rusiya ilə Yaponiya arasında ticarət dövriyyəsi illik ifadədə 9,5% azalıb.