Ən son xəbərlər:

05.10.2022/0:01/ Ter-Petrosyan sabiq prezidentlərlə görüşdə həqiqətən nə təklif edib?

Ekspert Sputnik Ermənistan səhifəsində belə izah edir:

Qərb və Ter-Petrosyan Artsaxın (Qarabağın erməni icmasının rəhbəri nəzərdə tutulur)  və Ermənistanın sabiq prezidentlərinin təslim olmağa razılıq vermələrini istəyirlər. Bu sonradan sülh müqaviləsinin siyasi cəhətdən yenidən baxılması məsələsinin yaranmaması üçün lazımdır.

Bu sənəd 9 noyabr 2020-ci il tarixli sazişdən sonra iki nömrəli təslim aktı olacaqdır. Əgər hakimiyyətə, məsələn, ikinci prezident gəlsə, onun, bu sənədin siyasi cəhətdən qeyri-legitim olduğunu bəyan etməsi istisna deyil.

Məhz  bu fikir keçmiş prezidentlərin görüşündə Levon Ter-Petrosyanın təklifləri kontekstində qoyulmuşdur. Qərb onun şəxsində müxalifətin parlamentə qayıtmasına və hakim əksəriyyətlə müqavilənin ratifikasiyasına ehtiyac duyur.

Digər tərəfdən Ermənistan və Arsax (Qarabağın erməni icmasının rəhbəri nəzərdə tutulur)  eks  prezidentlərinin görüşlərindən gözləntilər çox şişirdilir: Bunlar yalnız keçmiş liderlərin məsləhətləşmələridir. Hadisə  ona görə diqqəti cəlb edir ki, yalnız daxili sahədə aktiv siyasi proseslər baş verməsin .