Ən son xəbərlər:

15.12.2022/04:38/ ABŞ Federal Ehtiyatlar Departamenti baza dərəcəsini yenidən qaldırıb

ABŞ Federal Ehtiyat Sistemi iki günlük noyabr iclasının nəticələrinə əsasən növbəti, dördüncü dəfə ardıcıl olaraq baza dərəcəsini 50 bazis nöqtəsinə qaldırıb, belə bir xəbər tənzimləyicinin saytında dərc olunub.

Bildirilir ki, Açıq Bazar Əməliyyatları Komitəsi «uzunmüddətli perspektivdə maksimum məşğulluq və inflyasiyaya 2 faiz səviyyəsində» nail olmaq vəzifəsini qoyur.

“Bu məqsədlərə dəstək olaraq, komitə federal fondların faiz dərəcəsi üçün hədəf diapazonunu 4,25-4,5%-ə qaldırmaq qərarına gəlib”, – FED belə bildirib.

Qərar bütün komitə üzvləri tərəfindən dəstəkləndi.

Xatırladaq ki, ABŞ tənzimləyicisi ilin əvvəlindən yeddinci dəfədir ki, uçot dərəcəsini artırır.