Ən son xəbərlər:

14.12.2022/17:12/ İlham Əliyev: Zəngəzur dəhlizinin açılması ilə bağlı işlər 2024-cü ildə başa çatacaq

Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuldur: onun Azərbaycan ərazisindən keçən hissəsində dəmir yollarının çəkilişi üzrə işlərin 40%-i, avtomobil yolunun tikintisi üzrə işlərin 70%-i tamamlanıb. Yeni nəqliyyat dəhlizinin 2024-cü ildə tamamlanacağını deyən Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan, Türkiyə və Türkmənistan dövlət başçılarının birinci üçtərəfli zirvə görüşündə çıxış edərkən bildirib.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yük daşıma gücünə malikdir və biz bu həcmi 25 milyon tona çatdırmaq üçün vəsait ayırmağı planlaşdırırıq. Ötən il Ələt Azad İqtisadi Zonasının təməli qoyulub. Keçən il ilk rezidentlərin yerləşdiyi Xəzər dənizi sahilində yerləşən Ələt Azad İqtisadi  Zonasının (AİZ) təməli qoyulub. Biz Türkiyə və Türkmənistandan olan şirkətləri bu AİZ-də yaradılan imkanlardan istifadə etməyə dəvət edirik “, – deyə Azərbaycan lideri qeyd edib.

“2017-ci ildə əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla birlikdə Bakı-Tbilisi-Qars dəmir yolunu açdıq. Bu layihəyə əlavə olaraq 100 milyon dollardan çox sərmayə qoyulacaq və onun ötürücülük qabiliyyəti indiki 1 milyon tondan 5 milyon tona çatdırılacaq. “Azərbaycan Xəzər dənizində 50-dən çox yük gəmisi ilə ən böyük ticarət donanmasına malikdir və 2013-cü ildə istismara verilən Bakı Gəmiqayırma Zavodu istənilən növ gəmilərin istehsalına imkan verir”.

Azərbaycan həmçinin 18 yük təyyarəsi ilə regionun ən böyük mülki aviasiya donanmalarından birinə malikdir və yaxın 10 ildə ona daha 9 təyyarə əlavə olunacaq.

“Hazırda Azərbaycanda işğaldan azad edilmiş ərazilərdə tikilmiş Füzuli və Zəngilan da daxil olmaqla 8 beynəlxalq hava limanı var. 2024-cü ildə ölkəmiz işğaldan azad edilmiş Laçında doqquzuncu beynəlxalq hava limanının açılışını planlaşdırır”, – dövlət başçısı belə əlavə edib.