Ən son xəbərlər:

04.10.2022/23:05/ ÜMUMDÜNYA TICARƏT TƏŞKILATI ISLAHATLAR VƏ YENI SAZIŞLƏR VƏD EDIR

Ümumdünya Ticarət Təşkilatı kənd təsərrüfatı və iqlim dəyişikliyi sahələrində mürəkkəb məsələlərin həllinə kömək edəcək müqavilələr bağlamaq niyyətindədir. O, həmçinin daxili islahatların həyata keçirilməsini nəzərdə tutub. Nəticələrə nail olmaq ÜTT-nün növbəti nazir konfransına planlaşdırılır ki, bu konfrans mart 2024-cü ildən gec olmayaraq keçirilməlidir.

ÜTT-nin əvvəlki konfransı iyun ayında keçirilib. Uzun illər ərzində ilk dəfə olaraq nəzarət orqanı balıqçılıq subsidiyaları üzrə razılaşmalar, COVID-19 peyvəndlərinə qarşı patentlərdən imtina və qida məhsullarının təhlükəsizliyi ilə bağlı qərarlar daxil olmaqla mühüm müqavilələr bağlamışdır.

Lakin, bir çox məsəkələr kənarda qalıb. Onlardan biri ÜTT-nin qaydalar yığımının yenilənməsidir. Həmçinin Mübahisələrin Həlli Orqanının 2019-cu ildən etibarən iflic edilmiş işini bərpa etmək lazımdır.

Bununla yanaşı, ÜTT dünya ticarətinin artım proqnozlarını azalma istiqamətində yenidən nəzərdən keçirəcək. Təşkilatın rəhbəri deyir ki, perspektivlər qaranlıq görünür.

Bundan əvvəl ÜTT dünya ticarətinin bu il üçün artımının  4,7% -dən 3% -ə qədər proqnozlaşmasına yenidən baxmışdı. Növbəti il ticarətin 3,4% səviyyəsində artacağını proqnozlaşdırır.