Ən son xəbərlər:

04.10.2022/22:33/Ter-Petrosyan Paşinyan və Köçəryanı siyasi dialoqu pozmaqda ittiham etdi

Ter-Petrosyan Paşinyan və Köçəryanı siyasi dialoqu pozmaqda ittiham etib. Ermənistanın ilk prezidentinin şərhini öz Facebook səhifəsində  onun mətbuat katibi Arman Musinyan yerləşdirib.

Sputnik Armeniyanın verdiyi məlumata görə dünən Ermənistanın  ilk prezidentinin reaksiyasından sonra bir çoxları Ter-Petrosyanın dialoqu torpedo etdiyi qənaətinə gəldilər.

Lakin, Ermənistanın  keçmiş  birinci prezidentinin ofisi Robert Köçəryanın üç saatlıq mətbuat konfransını və Nikol Paşinyanın iki saatlıq müsahibəsini dialoqu pozmaqda ittiham edib.

Ter-Petrosyan indi belə bir qənaətə gəldi ki, Köçəryan hər cür Paşinyanı devirməyə, sonuncu isə öz hakimiyyətini qorumaq üçün bütün resurslardan istifadə etməyə çalışır. Bundan sonra Ter-Petrosyanın nümayəndəsi bildirib ki, dialoq imkanları tükənib. Bu şəraitdə dialoq üçün bütün körpülər yandırılmışdır.