Ən son xəbərlər:

14.12.2022/09:31/ Rusiya Xarici İşlər Nazirliyi KXDR ilə dəmir yolu əlaqəsinin bərpasını təsdiqləməyib

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Şimali Koreya ilə dəmir yolu əlaqəsinin bərpası barədə heç nə bilmədiyini bildirib. Noyabrda Uzaq Şərq Dəmiryolunun mətbuat xidməti son iki ildə ilk dəfə KXDR ilə əlaqənin bərpa olunduğunu elan edib.

“Mən bu xəbərləri təsdiq edə bilmərəm” – deyə  cənab Rudenko bildirib.

Noyabrın 2-də agentlik Uzaq Şərq Dəmir Yoluna istinadən xəbər verib ki, 30 damazlıq at dəmir yolu ilə Şimali Koreyaya aparılıb. Daha sonra yolun nümayəndələri Şimali Koreyaya tibbi ləvazimat göndərəcəklərinə söz veriblər.

Rusiya ilə Şimali Koreya arasında dəmir yolu əlaqəsi 2020-ci ildə covid məhdudiyyətləri səbəbindən dayandırılıb.