Ən son xəbərlər:

13.12.2022/17:21/ Iran dəniz məhsullarının ixracını artırıb

Bu ilin martından oktyabrına qədər Irandan dəniz məhsullarının ixracı 88 min tondan çox (172 milyon dollar) təşkil edib, ökənin Dəniz Məhsulları Istehsalçıları və Ixracatçıları Birliyinin rəhbəri Əli Əkbər Xodai bu barədə bildirib.

Onun sözlərinə görə, bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq tonnajda və dəyərdə 15% və 60% çoxdur.

«Bu il biz dəniz məhsullarını 57 ölkəyə ixrac etdik», – deyə agentlik məmurdan sitat gətirib.

O qeyd edib ki, bu günə qədər Iran dəniz məhsulları sənayesi sahəsində işləyənlərin sayı təxminən 260 min nəfər təşkil edib.

«Emal şirkətlərində, konservləşmə sahələrində, tədqiqat və işlənmə şöbələrində, təhsil mərkəzlərində iş yerlərinin təxminən 50% -ni qadınlar tutur», – deyə Xodai əlavə edib.