Ən son xəbərlər:

03.10.2022/23:51/ OPEC +verəcəyi qərar və neft kəmərlərinə zərbə təhlükəsi neftin qiymətini artıracaq

Oktyabrın 5-də OPEC +-də iştirak edən ölkələr Vyanada OPEC-in qərargahında 2020-ci ilin mart ayından etibarən ilk dəfə toplanacaqlar. Kartel iştirakçıları nazirlik monitorinq komitəsinin iclasını, ondan sonra isə OPEC + ölkələrinin nazirlərinin görüşünü keçirəcəklər. Reuters-in məlumatına görə, əsas müzakirə mövzusu neft hasilatını gündə 1 milyon bareldən çox azaltmaq imkanı olacaq.

Xatırladaq ki, sentyabrın 5-də OPEC + -in iclasında kartel iştirakçıları oktyabr ayında neft hasilatının 100 min b/s azaldılması barədə qərar qəbul etmişlər.

Yekun kommunikaya əsasən OPEC + ölkələri avqustda istehsal səviyyələrinə qayıdacaqlar. Sənəddə vurğulanır ki, bir ay əvvəl qəbul edilmiş hasilatın artırılması haqqında qərar yalnız sentyabr ayına nəzərdə tutulub. Həmçinin, OPEC + ölkələrinin nazirləri bazar vəziyyətinə cavab vermək üçün istənilən vaxt alyans görüşləri keçirmək barədə razılığa gəliblər.

Mütəxəsislərin esablamalarına görə OPEC +-un hasilatın gündə 1 milyon barel azaldılması ilə bağlı mümkün qərarı neftin qiymətinin dünya artımının davamına səbəb ola bilər