Ən son xəbərlər:

30.09.2022/6:09/Yevlax rayonunda pambıq yığımına start verildi

Azərbaycanda  qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Yevlax rayonunda pambıqçılıqla məşğul olan fermerlər əkin sahələrini genişləndirərək ölkə iqtisadiyyatına öz töhfələrini verirlər.

Belə ki, cari ildə rayonda “MKT-İK” MMC və “P- Aqro” MMC ilə pambıq  əkininə dair müqavilə bağlanılmışdır. Əkilən pambıq sahələrinə lazımı aqrotexniki qulluq göstərilmiş, sahələrə vaxtlı-vaxtında mineral gübrələr verilmiş və  suvarma suyu ilə təmin edilmişdir.

18.09.2022-ci il tarixdən Yevlax rayonunda pambıq yığımına start verilmişdir.

Bu günlərdə Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev  pambıq sahələrində olmuş, pambıq yığımına başlanılacağı tarixlərə xüsusi nəzarətin həyata keçirilməsi, pambığın tez və itkisiz yığılması üçün maşın və mexanizmlərin hazır vəziyyətə gətirilməsi barədə aidiyyatı təşkilatların rəhbərlərinə  tapşırıq vermişdir.