Ən son xəbərlər:

19.02.2024/15:42/Çin nüvə silahının köməyi ilə müharibələrin başlanmasına qarşıdır

Çin nüvə silahının  köməyi ilə müharibələrin başlanmasına qarşıdır

Çin heç kimə, o cümlədən Ukraynaya qarşı nüvə silahından ilk istifadə etmək niyyətində deyil. Bunu Çinin xarici işlər naziri Van Yi deyib.

Biz dünyaya açıq şəkildə bildirdik ki, Çin nüvə silahına malik olmayan dövlətlərə qarşı istifadə etməyəcək, bu barədə Münhen Təhlükəsizlik Konfransı zamanı vurğulayıb. Biz heç bir ölkəyə, o cümlədən Ukraynaya qarşı nüvə silahından ilk istifadə etməyəcəyik.

Çin Xarici İşlər Nazirliyinin rəhbəri xatırladıb ki, ali Çin rəhbərliyi nüvə arsenalından istifadəyə və onun köməyi ilə müharibələrin başlanmasına qarşıdır.