Ən son xəbərlər:

19.02.2024/15:17/ABŞ kosmosdakı nüvə silahları ilə bağlı Çin və Hindistana müraciət edib

ABŞ kosmosdakı nüvə silahları ilə bağlı Çin və Hindistana müraciət edib

ABŞ dövlət katibi Antoni Blinken Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Rusiyanın nüvə kosmos silahları inkişaf etdirməsi ehtimalını çinli və hindistanlı həmkarlarına çatdırıb. Bu barədə “The New York Times” yazır.

Nəşrin yazdığına görə, Blinken kosmosda istənilən nüvə partlayışının təkcə  Amerika peyklərini deyil, həm də Pekin və Yeni Dehlinin peyklərini məhv edəcəyini bildirib.

ABŞ rəsmilərinin və müstəqil analitiklərin fikrincə kosmosdakı hipotetik nüvə partlayışı qlobal rabitə sistemlərini sıradan çıxaracaq, fövqəladə xidmətlərdən tutmuş mobil rabitəyə, generatorların və nasosların tənzimlənməsinə qədər hər şeyi pozacaq,

Bundan başqa partlayışın tullantıları aşağı Yer orbitinə yayılacaq və İnternet rabitəsi üçün istifadə edilən Starlink peyklərindən tutmuş casus peyklərə qədər bütün peyklər üçün naviqasiyanı çətinləşdirəcək, hətta qeyri-mümkün edəcək.