Ən son xəbərlər:

16.02.2024/18:17/Qərb Rusiyanın güclənməsindən narahatdır

Qərb Rusiyanın güclənməsindən narahatdır

ABŞ rəsmiləri Rusiyanın Avropadakı NATO ölkələrinə hücum etmək istədiyinə inanmır. Financial Times bu barədə məqaləsində yazır ki, alyansın Avropa ölkələri yaxın bir neçə ildə Rusiyanın hücumundan ehtiyat edirlər.

Eyni zamanda, bir sıra Qərb rəsmiləri ötən il Rusiya hərbi-sənaye kompleksinin canlanmasından narahatdırlar. Nəşr yazır ki, bu, Qərbdə çoxlarının qeyri-mümkün hesab etdiyi sürətlə baş verdi.