Ən son xəbərlər:

16.02.2024/18:17/ 2024-cü ildə G7-nin ilk sammiti Rusiya Ukrayna münaqişəsinin ildönümünə planlaşdırılıb

2024-cü ildə G7-nin ilk sammiti Rusiya Ukrayna  münaqişəsinin ildönümünə planlaşdırılıb

Builki G7-yə sədrlik edən İtaliya ilk sammitini fevralın 24-də, Rusiya Ukrayna münaqişəsinin ikinci ildönümündə keçirməyi planlaşdırır. İtaliyanın ANSA agentliyi bu barədə xəbər verir.

G7 sammiti fevralın 24-də videokonfrans vasitəsilə keçiriləcək.Vladimir Zelenskinin orada iştirak edib-etməyəcəyi dəqiqləşdirilməyib, lakin ötən il Ukrayna prezidenti G7 liderlərinin görüşünə dəvət edilmişdi.

2024-cü ilin Yanvarın 1-dən İtaliya Yaponiyanı əvəz edərək G7-yə sədrlik etməyə başlayıb.

İtaliyanın xarici işlər naziri Antonio Tajani daha əvvəl əmin edib ki, Ukrayna məsələsi 2024-cü ildə ölkəsinin Yeddilik Qrupuna sədrliyi dövründə əsas prioritetlərdən biri olaraq qalacaq.