Ən son xəbərlər:

15.02.2024/18:05/Gürcüstanın hakim partiyası prezident Salome Zurabişvilini ittiham edib

Gürcüstanın hakim partiyası prezident Salome Zurabişvilini ittiham edib

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili prezident Salome Zurabişvilini Münhen Təhlükəsizlik Konfransında iştirakı ilə ölkənin reputasiyasına xələl gətirmək niyyətində ittiham edib. Bu barədə “Novosti-Georgia” xəbər verir,

Papuaşvili qeyd edib ki, Salome Zurabişvili Münhendə yalnız özünü şəxsi şəxs kimi təmsil edir, çünki hökumət onun səfərinə razılıq verməyib.

Bu fakt bir daha onu göstərir ki, onu Gürcüstan Konstitusiyası, gürcü xalqı qətiyyən maraqlandırmır, o, Gürcüstanın onun iqamətgahının həyəti olduğuna inanır, orada istədiyini edir, – spiker belə bildirib.

O əlavə edib ki, prezident “Vahid Milli Hərəkatdan” (keçmiş prezident Mixail Saakaşvilinin müxalifət partiyası) birbaşa asılıdır.

Onun yeganə məqsədi Gürcüstanın beynəlxalq reputasiyasına xələl gətirməkdir, – Papuaşvili belə bildirib.

Xatırladaq ki, Oktyabrda Gürcüstanda parlament seçkiləri keçiriləcək, bundan sonra yeni prezident seçki kollegiyası tərəfindən seçiləcək.