Ən son xəbərlər:

14.02.2023/15:34/İsveç Macarıstanın NATO-ya üzvlük ərizəsinin təsdiqləcəyini gözləyir

İsveç Macarıstanın NATO-ya üzvlük ərizəsinin təsdiqlənəcəyini gözləyir

xeberaz.info xarici KIV-lərə istinadən xəbər verir ki, İsveç gözləyir ki, Macarıstan tezliklə ölkənin NATO-ya üzv olmaq ərizəsini təsdiqləyəcək. Bunu İsveçin xarici işlər naziri Tobias Billström parlamentdə çıxışı zamanı deyib.

Macarıstan yeganə ölkədir ki, İsveçin Alyansa qoşulmaq üçün müraciətini hələ təsdiqləməyib. Macarıstan hakimiyyəti bunu xüsusilə İsveçin Macarıstanda demokratiyaya zərbə vurmaqda əsassız ittihamlar irəli sürməsi ilə əsaslandırır.

Baş nazir Viktor Orban yanvar ayında İsveçin namizədliyini rəsmən dəstəkləyib, lakin hələ də Macarıstan parlamenti tərəfindən təsdiqlənməlidir.