Ən son xəbərlər:

14.02.2023/15:24/Kemeron Bolqarıstan və Polşaya səfər edəcək

Kemeron Bolqarıstan və Polşaya səfər edəcək

xeberaz.info xarici KIV-lərə istinadən xəbər verir ki, Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Ukraynaya dəstəyi gücləndirmək və qeyri-qanuni miqrasiya ilə mübarizəyə töhfə vermək üçün Bolqarıstan və Polşaya səfər edəcək.

Buu barədə Britaniya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

NATO-nun əsas müttəfiqlərinə dəstək nümayişi olaraq, o, müdafiə istehsalının artırılması və Ukraynaya dəstəyin gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək, – bəyanatda belə deyilir. Bildirilib ki, Ukrayna mövzusu Kemeronun bütün səfərinin gündəmində əsas olacaq.

Britaniyalı nazir xüsusilə, Ukraynanı indi müharibədə necə gücləndirmək, Rusiya Federasiyasının mübarizəni davam etdirəcəyi təqdirdə onun qələbəsini necə təmin etmək və Ukraynanın uzunmüddətli gələcəyinin əsasını qoymağı müzakirə edəcək.