Ən son xəbərlər:

13.02.2024/16:29/Putin Ermənistanda həbs oluna bilərmi?

13.02.2024/16:29/ Putin Ermənistanda həbs oluna bilərmi?

xeberaz.info xarici KİV-lərə istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Beynəlxalq Cinayət Məhkəməsinə qoşulması fonunda Rusiya prezidenti Vladimir Putinin Ermənistanda həbs olunma ehtimalını şərh edib.

O, bu barədə “The Telegraph”a müsahibəsində bildirib.

Paşinyan Putin ölkəyə gəlsə, Ermənistan polisinin onu həbs edib-etməyəcəyi sualına cavab verməkdən yayınıb. Onun sözlərinə görə, Roma Statutuna qoşulmaq qərarı Ermənistanın təhlükəsizlik səviyyəsinin artırılmasına xidmət edir.

Paşinyan bildirib ki, mən indi hüquqi təhlil apara bilmərəm, çünki bu, vəkillərin işidir. 2018-ci ildən sonra Ermənistanda böyük demokratik islahatlar baş verdi. Kimi həbs edib, kimləri həbs edəcəyimə mən qərar vermirəm.

Eyni zamanda, Paşinyan qeyd edib ki, Ermənistan məsul dövlət kimi bütün beynəlxalq öhdəliklərinə, o cümlədən Rusiya Federasiyası qarşısında öhdəliklərinə sadiq qalmalıdır.