Ən son xəbərlər:

13.02.2024/16:18/Polşa təhlükəsizliyini qorumaq üçün nüvə silahına sahib olmalıdır

Polşa təhlükəsizliyini qorumaq üçün nüvə silahına sahib olmalıdır

xeberaz.info xarici KİV-lərə istinadən xəbər verir ki, Polşa hakimiyyət orqanları nüvə arsenalına sahib olmağı qarşıdakı illər üçün prioritet hesab etməlidir. Bu fikri RMF FM radiostansiyasının efirində Polşa Milli Təhlükəsizlik Bürosunun silahlı qüvvələrə nəzarət departamentinin keçmiş rəisi, briqada generalı Yaroslav Kraşevski deyib.

Nüvə imkanlarına malik olan dövlətlərin təhlükəsizliyi çox yüksək səviyyədədir. Adətən belə ölkələrə hücum edilmir. Ona görə də mən inanıram ki, Polşada belə bir arsenalın yaranması yaxın illərdə Polşa hakimiyyəti üçün vacib vəzifəyə çevriləcək, – polşalı general belə bildirib. O qeyd edib ki, Polşada nüvə silahının yerləşdirilməsi real ssenaridir.