Ən son xəbərlər:

12.02.2024/14:47/Hindistan BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmaq istəyir

Hindistan BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmaq istəyir

xeberaz.info xarici KİV-lərə istinadən xəbər verir ki, Hindistan mütləq BMT Təhlükəsizlik Şurasının daimi üzvü olacaq, lakin bu, asan olmayacaq. Bunu Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar Avstraliyanın Pert şəhərində hind diasporu ilə ünsiyyətdə olarkən deyib.

Cayşankarın sözlərinə görə, Hindistanının Təhlükəsizlik Şurasına daimi üzv olmaq yolunda əngəlləməyə çalışacaq qüvvələr var.  Onlar bəzi maneələr qoyacaqlar, bəzi arqumentlər gətirəcəklər, o belə deyi.b

Ancaq əminəm ki, biz buna nail olacağıq. Və bu gün mən buna 5-10 il əvvəlkindən daha çox əminəm, – deyə nazir əlavə edib. Vaxtımız yaxınlaşır, amma hələ də işləmək lazımdır,  – Caişankar belə bildirib.