Ən son xəbərlər:

12.02.2024/14:38/Ukraynalı deputatlar Azərbaycandan AŞPA ilə barışmağı xahiş edirlər

Ukraynalı deputatlar Azərbaycandan AŞPA ilə barışmağı xahiş edirlər.

xeberaz.info xarici KİV-lərə istinadən xəbər verir ki, Ukrayna Ali Radasının Xarici Siyasət və Parlamentlərarası Əməkdaşlıq Komitəsi AŞPA və Azərbaycan Milli Məclisinin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsini dialoqa və əməkdaşlıq qurmağa çağırıb. Bu barədə qəbul edilmiş müraciətdə belə deyilir.

Ali Rada Komitəsi hər iki tərəfi bu problemlər nə qədər kəskin görünsə də, danışıqlar prosesinə qayıtmaq və konstruktiv dialoq yolu ilə hər iki tərəf arasında yaranmış məsələləri həll etmək üçün fürsət tapmağa çağırıb.

Xatırlada ki, AŞPA-nın yanvar sessiyasında Azərbaycan nümayəndə heyəti assambleya ilə qarşılıqlı əlaqəni dayandırdığını rəsmən bəyan etmişdi.