Ən son xəbərlər:

12.02.2024/13:59/Makron Ukraynaya səfərini dayandırmaq qərarına gəlib

Makron Ukraynaya səfərini dayandırma qərarına gəlib

xeberaz.info xarici KİV-lərə istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron Ukraynaya fevralın 13-14-də baş tutmalı olan səfərini təxirə salıb. Bu barədə Fransanın həftəlik “Challenges” biznes nəşri Yelisey sarayındakı mənbəyə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Fransa liderinin administrasiyası səfərin təxirə salınmasını təhlükəsizlik səbəbi ilə izah edir.

Qeyd olunur ki, səfərin ləğvi “ukraynalı diplomatlar arasında suallar yaradıb” və onlar həftəlik qəzetin yazdığı kimi bu qərardan məəttəl qalıblar.