Ən son xəbərlər:

09.02.2024/15:38/ABŞ Rusiyadan almaz idxalına qadağa qoydu

ABŞ Rusiyadan almaz idxalına qadağa qoydu

xeberaz.info xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ Rusiyadan almaz idxalına qadağa qoyub. 2024-cü il Martın 1-dən bu, çəkisi 1 karatdan, sentyabrdan – 0,5 karatdan olan qeyri-sənaye almazlarına şamil ediləcək.  Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

“ABŞ-a idxalı, o cümlədən ABŞ-ın xarici ticarət zonasına daxil olmaq üçün Rusiya mənşəli və ya Rusiya Federasiyasından çıxarılan almaz zərgərlik məmulatlarının və dərəcəli almazların idxalı qadağandır”, – nazirliyin bəyanatında belə deyilir.

Qərar Dövlət Departamenti ilə məsləhətləşmələrdən sonra qəbul edilib. ABŞ Xəzinədarlığı həmçinin BƏƏ-də qeydiyyatdan keçmiş üç, Liberiyadan olan digər şirkətə, eləcə də Qabon bayrağı altında tankerə qarşı sanksiya tətbiq edib.

Yanvarın sonunda İsveçrə Rusiya almazlarının alınmasına və idxalına mərhələli qadağa qoyub. Reuters 2023-cü ilin dekabrında yazıb ki, 2024-cü ildən G7 ölkələri almaz idxalına məhdudiyyətlər tətbiq edəcək.