Ən son xəbərlər:

09.02.2024/15: 13/Kipr Bankı rusların hesablarını bağlamağa başladı

Kipr Bankı rusların hesablarını bağlamağa başladı

xeberaz.info xarici KİV-lərə istinadən xəbər verir ki, Kipr bankı Hellenic Rusiya vətəndaşlarının, eləcə də onların əməliyyat şirkətlərinin hesablarını bağlamağa başlayıb. Söhbət Rusiyanın vergi rezidentlərindən (belə hesablar 2023-cü ildə bağlanıb) yox, Kiprdə yaşayan Kipr sənədləri olan ruslardan gedir.

Bu insanlar Kiprdə yaşayır və Kipr sənədləri var

Avropa-Kıbrıs portalının məlumatına görə, yüzlərlə rusiyalı bildiriş alıb. Bank bu məktublarda hesabların bağlanmasının səbəblərini göstərmir.

Ötən il Hellenic Bank Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara əməl etmək niyyətində olduğunu bildirmişdi.

Bundan əvvəl Bank of Cyprus 4 min rusiyalının hesabını bağlamışdı. Bu, Rusiya pasportu olan, lakin Aİ ölkələrində yaşamayan müştərilərə şamil edilir.