Ən son xəbərlər:

08.02.2024/11:59/Aİ ölkələri qazsız qalma riski ilə üzləşə bilər

Aİ ölkələri qazsız qalma riski ilə üzləşə bilər

xeberaz.info xarici KİV-lərə istinadən xəbər verir ki,  Aİ ölkələri Qırmızı dənizdə münaqişənin kəskinləşməsi və Rusiyadan tədarükün azalması səbəbindən enerji resurslarından məhrum qala bilər. Bu barədə Associated Press (AP) yazır.

Nəşrin sözlərinə görə, Yəmənin Ənsar Allah (Husi) hərəkatının Qırmızı dənizdə ticarət gəmilərinə hücumları Aİ-nin 27 ölkəsinə enerji təchizatının kəsilməsi ilə bağlı yeni təhlükə yaradır. Bir çox gəmiçilik şirkətləri gecikmələrə və ləğvlərə səbəb olaraq gəmilərini bu marşrut ətrafında dəyişməyə qərar veriblər. Belə ki, yanvar ayında Qətərdən maye qaz tədarükünün təxminən 70%-i ləğv edilib.

Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlayandan sonra bəzi Aİ ölkələri Rusiyanın enerji resurslarını idxal etməkdən imtina etmək kursu götürüblər. Avropanın qaz təchizatı ilə bağlı vəziyyətə “Şimal axını” boru kəmərindəki təxribat da mənfi təsir göstərib.

Bundan əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Leyen demişdi ki, biz Aİ-də qaz təchizatı ilə bağlı ən pis vəziyyətə hazırlaşmalıyıq.