Ən son xəbərlər:

08.02.2024/11:35/RF ilə NATO arasında müharibə olacağı təqdirdə Apokalipsis ola bilər

RF ilə NATO arasında müharibə olacağı təqdirdə Apokalipsis ola bilər

xeberaz.info xarici KİV-lərə istinadən xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Telegram kanalında yazıb ki, NATO ilə müharibə olarsa, Rusiya asimmetrik cavab vermək və xüsusi döyüş başlıqları olan raketlərdən istifadə etmək məcburiyyətində qalacaq.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini  qeyd edib ki, “Allah eləməsin, belə bir müharibə baş versin, o zaman Xüsusi Hərbi Əməliyyat ssenarisi üzrə getməyəcək və artilleriya, zirehli texnika, pilotsuz uçuş aparatları,eləcə də elektron döyüş texnikasından istifadə etməklə səngərlərdə döyüş aparılmayacaq. NATO nəhəng hərbi blokdur, alyans ölkələrinin əhalisi demək olar ki, bir milyard nəfərdir və onların ümumi hərbi büdcəsi bir trilyon yarım dollara çata bilər, – Medvedev belə bildirib.

Buna görə də, hərbi potensialımızın misilsizliyinə görə, sadəcə olaraq seçimimiz olmayacaq. Cavab asimmetrik olacaq. Ölkəmizin ərazi bütövlüyünü qorumaq üçün xüsusi döyüş başlıqlarına malik ballistik və qanadlı raketlərdən (xüsusi döyüş başlığına malik raketlər, yəni nüvə silahı – TASS qeydi) istifadə olunacaq. Bu, bizim hərbi doktrinal sənədlərimizə əsaslanır və hamıya yaxşı məlumdur. Və bu çox bədnam Apokalipsisdir. Hər şeyin sonu, – Rusiya Təhlükəsizlik Şurasının sədr müavini belə vurğulayıb.