Ən son xəbərlər:

06.02.2024/15:00/Aİ mart ayında Ukrayna üçün 50 milyard avroluq fonddan ilk ödənişlərə başlaya bilər

Aİ mart ayında Ukrayna üçün 50 milyard avroluq fonddan ilk ödənişlərə başlaya bilər

xeberaz.info xarici KİV-lərə istinadən xəbər verir ki,  Avropa İttifaqı mart ayında Ukraynaya yardım fondundan ilk ödənişləri etməyə başlamağı planlaşdırır, onun ümumi həcmi dörd il ərzində 50 milyard avroya çatmalıdır. Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen X sosial şəbəkəsində yazıb.

Dünən gecə Avropa Parlamenti və Aİ Şurası Ukraynaya 50 milyard avroluq dəstək fondu ilə bağlı siyasi razılaşma əldə ediblər.  Bu, irəliyə doğru atılmış mühüm addımdır. Ursula fon der Leyen belə bildirib.