Ən son xəbərlər:

06.02.2024/14:50/İsveçin NATO-ya daxil olması Macarıstan parlamentində uğursuzluqla uğrayıb

İsveçin NATO-ya daxil olması Macarıstan parlamentində uğursuzluqla uğrayıb

xeberaz.info xarici KİV-lərə istinadən xəbər verir ki, İsveçin NATO-ya daxil olması Macarıstan parlamentində uğursuzluqla nəticələnib. Belə ki,  “Fides-Macarıstan Vətəndaş Birliyi” partiyasının nümayəndələri növbədənkənar iclasda iştirak etməyiblər.

Hakim partiyanın parlamentariləri iclasa gəlməyib, bu səbəbdən ratifikasiya üçün kvorum olmayıb. Macarıstan parlamenti kvorum olmadığı üçün İsveçin NATO-ya üzvlüyünə səs verə bilməyib. Zalda 199 deputatdan cəmi 51-i iştirak edirdi.

Yalnız müxalifət partiyalarının nümayəndələri gəlib. Nəticədə sənəd ratifikasiya olunmayıb. Növbəti fürsət fevralın 26-da, qış tətilindən sonra qanunverici orqanın fəaliyyətini bərpa etdikdə olacaq.