Ən son xəbərlər:

05.02.2024/15:34/Çin məhkəməsi avstraliyalı yazıçıya ölüm hökmü çıxarıb

Çin məhkəməsi avstraliyalı yazıçıya ölüm hökmü çıxarıb

xeberaz.info xarici KİV-lərə istinadən xəbər verir ki,  Pekin məhkəməsi Çində saxlanılan, casusluqda ittiham olunan avstraliyalı yazıçı Yang Hengjun-u şərti cəza ilə edam cəzasına məhkum edib. Bu barədə Avstraliyanın SBS telekanalı ölkənin xarici işlər naziri Penni Vonqa istinadən məlumat yayıb.

Avstraliya hökuməti bu nəticədən dəhşətə gəldi, – Wong Kanberrada jurnalistlərə belə bildirib. Eyni zamanda, nazir qeyd edib ki, iki ildən sonra ölüm hökmü ömürlük həbslə əvəzlənəcək.

Çin-Avstraliya yazıçısı Yang Hengjun əvvəllər Çin Xarici İşlər Nazirliyinin rəsmisi vəzifəsində çalışmış Çin Kommunist Partiyasının tənqidçisi, akademik və bloggerdir. Onun itkin düşməsi 2019-cu il yanvarın 18-də ABŞ-dan Çinə gələrək dostları və qohumları ilə ünsiyyətini, eləcə də sosial şəbəkələrdə görünməsini dayandırdıqda məlum olub. Həmin il yanvarın 24-də Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi yazıçının Çin hakimiyyəti tərəfindən ölkənin milli təhlükəsizliyinə təhdid yaradan fəaliyyətdə şübhəli bilinərək saxlanılması barədə məlumatı təsdiqləyib.