Ən son xəbərlər:

05.02.2024/15:25/HƏMAS Paris razılaşması layihəsini qəbul etməyib

HƏMAS Paris razılaşması layihəsini qəbul etməyib

xeberaz.info xarici KİV-lərə istinadən xəbər verir ki, HƏMAS Qəzzada atəşkəsə dair Paris sazişi layihəsini rədd edib. Danışıqlarda Misir, Qətər, İsrail və ABŞ iştirak edib. Fələstin radikal hərəkatı, onun fikrincə, müharibəni bitirmək vizyonuna cavab verməyən və İsrailə hərbi əməliyyatları davam etdirməyə imkan verə biləcək sənədlə razılaşmır.

Əl-Mayadeen telekanalı öz mənbələrinə istinadən qeyd edib ki, saziş əsirlərin mübadiləsinə aiddir, lakin atəşkəs və qoşunların Qəzzadan çıxarılmasına tamamilə məhəl qoymur.

Bir neçə gündən sonra Qahirədə digər ölkələrin nümayəndələrinin iştirak edəcəyi görüş keçiriləcək, onlar da Fələstin-İsrail münaqişəsinin həlli ilə bağlı öz ideyalarını irəli sürəcəklər.