Ən son xəbərlər:

05.02.2024/15:19/İsrail Hizbullahla böhranın diplomatik yolla həllinə hazır olduğunu bildirib

İsrail Hizbullahla böhranın diplomatik yolla həllinə hazır olduğunu bildirib

xeberaz.info xarici KİV-lərə istinadən xəbər verir ki, İsrail Hizbullahla böhranın diplomatik yolla həllinə hazır olduğunu bildirib. Bunu İsrailin müdafiə naziri Yoav Qalant ABŞ prezidentinin müşaviri Amos Hokşteynlə söhbətində deyib.

İsrailin müdafiə naziri Yoav Qalant ABŞ prezidentinin enerji məsələləri üzrə müşaviri Amos Hokşteyn ilə söhbətində Livanla sərhəddəki böhranı diplomatik üsullarla həll etməyə hazır olduğunu bildirib. Bu barədə “The Times of Israel” nəşri yazıb. Eyni zamanda, Qalant vurğulayıb ki, biz başqa ssenarilərə də hazırıq.

Görüş Təl-Əvivdə baş tutub.

İsrail televiziyası həmçinin bildirib ki, Hochstein Hizbullahın qüvvələrini İsraillə sərhəddən çıxara biləcəyi mümkün diplomatik həll yolu haqqında  siqnallar verib.