Ən son xəbərlər:

05.02.2024/15:08/Ankara Rusiyanı Qara Dəniz Taxıl Təşəbbüsünə qayıtmağa razı salmağa çalışır

Ankara Rusiyanı Qara Dəniz Taxıl Təşəbbüsünə qayıtmağa razı salmağa çalışır

xeberaz.info xarici KİV-lərə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinin fevralın 12-də Türkiyəyə səfəri zamanı Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracının yeni mexanizmini müzakirə edəcək.

Reuters xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

“A Haber” telekanalına müsahibəsində XİN rəhbəri qeyd edib ki, Ukrayna taxılının dünya bazarlarına daşınması üçün “yeni üsullar” tapılmasına səylər göstərilir.

Əvvəlki taxıl müqaviləsi müəyyən mexanizm çərçivəsində işləyirdi, indi məlum oldu ki, başqa mexanizmdən istifadə etmək imkanı var və indi bu ehtimalı üzə çıxarmaq üçün səylər göstərilir, – deyə Fidan Ərdoğanın bu məsələni Türkiyədə Putinlə görüş zamanı gündəmə gətirəcəyini bildirib.

Ankara Rusiyanı Moskvanın 2023-cü ilin iyulunda, həyata keçirilməsindən bir il sonra geri götürdüyü Qara Dəniz Taxıl Təşəbbüsünə qayıtmağa razı salmağa çalışır.

Türkiyənin xarici işlər naziri xatırladıb ki, bəzi gəmilər bu razılaşma olmadan da Qara dənizdən Ukrayna taxılını daşıya bilib.