Ən son xəbərlər:

02.02.2024/11:39/Blinken HƏMAS-ın İsrailə hücuma başlayandan bəri Yaxın Şərq regionuna beşinci dəfə səfər edəcək

Blinken HƏMAS-ın İsrailə hücuma başlayandan bəri Yaxın Şərq regionuna beşinci dəfə səfər edəcək

xeberaz.info xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ-ın dövlət katibi Antoni Blinken tezliklə Yaxın Şərqə növbəti səfərə yola düşəcək. Bu barədə adı açıqlanmayan amerikalı məmur AFP-yə bildirib.

Amerika dövlət katibi sonuncu dəfə yanvarın əvvəlində Yaxın Şərqə səfər etmişdi. O, Türkiyə, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Misir və İsrailə səfər edib, həmçinin İordan çayının qərb sahilində olub və Yunanıstanda dayanıb.

Blinkenin bölgəyə səfəri İsrailin Qəzzaya hücumunu dayandırmaq və Həmas tərəfindən saxlanılan girovları azad etmək təklifi ətrafında danışıqların intensivləşdiyi vaxta təsadüf edəcək.

Hər səfəri zamanı dövlət katibi adətən həm İsrailə, həm də bir sıra ərəb ölkələrinə səfər edir.

Blinkenin səfəri İsrail və HƏMAS-ın girovların azad edilməsi müqabilində döyüşləri dondurmaq təklifini nəzərdən keçirdiyi vaxta təsadüf edəcək.

Bazar ertəsi Blinken Qətərin vasitəçiliyi ilə yaxşı, güclü təklif üçün əsl ümidin olduğunu söyləyib.