Ən son xəbərlər:

02.02.2024/10:44/Kanar adalarında qeyri-qanuni miqrant axını ilə bağlı çətin vəziyyət yaranıb

Kanar adalarında qeyri-qanuni miqrant axını ilə bağlı çətin vəziyyət yaranıb

xeberaz.info xarici KİV-lərə istinadən xəbər verir ki, Bu ilin yanvar ayında İspaniyanın Kanar adalarına 7,3 minə yaxın qeyri-qanuni miqrant gəlib. Bu barədə Krallığın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, bu rəqəm 2023-cü ilin ilk ayında qeydə alınan göstəricidən 1184,5% çoxdur. Ümumilikdə, ilin əvvəlindən İspaniyaya bir il əvvəlki 1,3 min miqrant gedişi ilə müayisədə 8 minə yaxın miqrant gedə bilib,.

Ötən il Kanar adalarında qeyri-qanuni mühacirlərlə bağlı vəziyyət daha da pisləşib, nəticədə arxipelaqlara 39,9 min miqrant gəlib. Bu rəqəm 2022-ci illə müqayisədə 154,5% çoxdur