Ən son xəbərlər:

01.02.2024/13:25/Stoltenberq ABŞ-ın NATO-dan çıxacağından narahat deyil

Stoltenberq ABŞ-ın NATO-dan çıxacağından narahat deyil

xeberaz.info xarici KİV-lərə istinadən xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq keçmiş prezident Donald Tramp 2024-cü ilin noyabrında keçiriləcək seçkilərdə qalib gəlsə belə, ABŞ-ın alyansdan çıxmasından narahat olmadığını bildirib.

Stoltenberq bunu Vaşinqtona səfəri zamanı “Politico”ya müsahibəsində bildirib.

NATO-nun baş katibi ABŞ-ın Alyansın sadiq müttəfiqi olaraq qalacağına əminliyini ifadə edib. Mən keçmiş prezident Tramp prezident olanda onunla dörd il işləmişəm, – deyə xatırladıb.

Stoltenberq həmçinin ötən gün Respublikaçı və Demokrat millət vəkilləri ilə görüş zamanı Konqresdə NATO-ya hər iki partiyanın dəstəyinə şahid olduğunu işarə edib.