Ən son xəbərlər:

01.02.2024/13:13/ ABŞ Yaxın Şərqdə daha böyük müharibəyə can atmır

ABŞ Yaxın Şərqdə daha böyük müharibəyə can atmır.

xeberaz.info xarici KİV-lərə istinadən xəbər verir ki, Birləşmiş Ştatlar Yaxın Şərqdəki münaqişəni genişmiqyaslı müharibəyə genişləndirməyə çalışmır. Prezident Co Bayden bunu Floridaya getməzdən əvvəl Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Bizə Yaxın Şərqdə daha böyük müharibə lazım olduğunu düşünmürəm.  Mən buna səy etmirəm, – Amerika lideri Yaxın Şərq münaqişəsinin genişlənməsi təhlükəsi ilə bağlı sualı cavabaındırarkən belə bildirib.

ABŞ-ın bölgədəki hədəflərinə hücumların tezliyi səbəbindən Yaxın Şərqdə Amerikanın mühafizə strategiyasında nələrin dəyişəcəyini soruşduqda, Bayden belə bir qısa cavab verib: “Görəcəyik”.