Ən son xəbərlər:

31.01.2024/15:09/İsrail qoşunlarını Qəzzadan çıxarmaq istəmir

İsrail qoşunlarını Qəzzadan çıxarmaq istəmir.

xeberaz.info xarici KİV-lərə istinadən xəbər verir ki, İsrail Qəzza zolağından qoşunlarını çıxarmaq niyyətində deyil və minlərlə fələstinlini həbsxanadan azad etməyəcək; anklavda hərbi əməliyyat “tam qələbəyə qədər” davam edəcək.

Bunu Yəhudi Dövlətinin Baş naziri Benyamin Netanyahu Fələstinin radikal HƏMAS hərəkatı ilə yeni sazişin mümkünlüyü ilə bağlı xəbərləri şərh edərkən deyib.

Biz İsrail ordusunu Qəzza zolağından çıxarmayacağıq və minlərlə terrorçunu azad etməyəcəyik. Bütün bunlar baş verməyəcək. Baş nazir bildirib ki, bu müharibəni onun bütün məqsədlərinə çatana qədər bitirməyəcəyik, bu da HƏMAS-ın məhv edilməsi, bütün girovlarımızın geri qaytarılması və Qəzzanın təmin olunması deməkdir.

Netanyahu İsrailin İordan çayının qərb sahilindəki Eli qəsəbəsində keçirilən tədbirdə  belə deyib.