Ən son xəbərlər:

30.01.2024/13:13/Çexiya ABŞ-dan səsdən sürətli döyüş təyyarələri alacaq

Çexiya ABŞ-dan səsdən sürətli döyüş təyyarələri alacaq.

xeberaz.info xarici KİV-lərə istinadən xəbər verir ki, Çexiya və ABŞ 24 ədəd F-35 səsdən sürətli döyüş təyyarəsi almağa dair razılığa gəlib. Bu barədə ChTK xəbər agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, sənədi respublikanın müdafiə naziri Yana Çernoxova və ABŞ-ın Çexiyadakı səfiri Bijan Sabet imzalayıblar. Müqavilənin ümumi xərcləri 150 milyard kron (təxminən 6,5 milyard dollar) təşkil edəcək. Bu, Çexiya ordusunun tarixində ən böyük maliyyə əməliyyatıdır.

İlk F-35-lər 2031-ci ildə Çexiyaya gələcək. Onlar 2035-ci ildə respublika Hərbi Hava Qüvvələri tərəfindən tam şəkildə qəbul ediləcək. Amerika qırıcıları 2069-cu ilə qədər milli hava məkanını qoruyacaq. Onların bu vaxta qədər saxlanması xərclərinin 322 milyard kron (təxminən 13,8 milyard dollar) təşkil edəcəyi proqnozlaşdırılır.